|
İZOPOLEX 100 — Sement və Akrilik Əsaslı İki Komponentli Su İzolyasiya Qarışığı (4 barr dözümlü)
Məhsul haqqında:
Sement əsaslı dolğu və modifiyə akrilik kopolimerdən əldə edilən iki komponentli, su keçirməyən sürtərək tətbiq edilən su izolyasiya məhsuludur.
İstifadə sahələri:
Hər növ su depoları
Bünövrələr/Körpülər
Balkonlar
İstinad Divarları
Üzgüçülük hovuzları və dekorativ hovuzlar
Tualet, hamam, mətbəx kimi su ilə təmasda olan yerlərdə
Üstünlükləri
BS 6920 standartına görə içməli su ilə təması təsdiqlənmişdir.İçməli su ilə təması zamanı istifadə edilə bilər.
Komponentlərin orijinal qablaşdırmadakı miqdarı ölçü miqdarıdır. Hər hansı bir əlavəyə ehtiyac yoxdur
Hazırlanması ve tətbiqi çox asandır.
Büzülmür, çat vermir
Su keçirmir
Aşındırıcı ve zəhərli deyil. İçməli su ilə təması zamanı hər hansı bir zərərli təsir yaratmır
Yarı elastikdir
Dona və istiyə dözümlüdür
Aşındırıcı turşu duzlarına dözümlüdür
Uyğun hazırlanmış səthlərə yaxşı yapışır
Texniki Xüsusiyyətləri
Rəng=Boz-Ağ
Tip=A=Toz B=Maye
Sıxlıq (25 ºC) = 1.9kg/lt
Qarışdırma miqdarı= 1 / 2.5 (kg)
Möhkəmlik nisbəti = 30%
Emal edilmə Müddəti=30dq (25 ºC)
Təzyiq Müqaviməti= 35 N/mm²
Sınma Müqaviməti= 10 N/mm²
Qopma Müqaviməti= 2 N/mm²
Su təzyiqinə dözümü= 4 barr
Sərfiyyat=2kg/m² (Hər qat üçün)
Səth hazırlığı
Tətbiq olunduğu səth təmiz və quru olmalıdır
Tətbiq olunmadan əvvəl çox hopan səthlər su ilə doydurulmalıdır
Səthdəki qüsurlar Azpol Polterm 600 incə təmir qarışığı ilə aradan qaldırılmalıdır
Sızdırmazlığının keyfiyyətini artırmaq məqsədi ilə tətbiq olunduğu yerlərdə künclərə alüminium künc profili vurulmalıdır
İstifadəsi
Təmiz bir qabın içində B komponentinin üzərinə A komponentini əlavə edib aşağı dövrlü qarışdırıcı ilə topalar tam itənə qədər qarışdırın. Əldə edilən axıcı qarışığı fırça və ya yayıcı ilə divara çəkin 4-6 saat gözlədikdən sonra eyni qarışığı təkrar hazırlayıb bu qarışığı 2-ci qat olaraq birinci qata perpendikulyar formada təkrar divara yaxın. 2-ci qatın tətbiqindən sonra səthi yumşaq və quru süngərlə düzəldin
Diqqət!!!
Birbaşa günəş şüaları altında tətbiq edilməməlidir. Bu izolyasiya qarışığı, dam, terras kimi daim günəşə baxan yerlərin gün vuran hissələrinə tətbiq edilməməlidir (Günəşin UB şüaları qarışıqdan əmələ gələn film təbəqəsinə zərər verə bilər). Bu material çox böyük olimpik hovuzlarda istifadə edilməməlidir. Belə güclü hidrostatik təzyiqlər altında qalan yerlər üçün Azpol İzopolex 200 su izolyasiya materialı istifadə olunmalıdır. Qarışıq üçün sadəcə B kompanentindən istifadə olunmalıdır. Qətiyyən artıq su əlavə olunmamalıdır.
Qablaşdırma
Birinci variant A=25kg toz B=10kg maye
İkinci variant A=10kg toz B=4kg maye
|