POLİOZONE — Toz Yaratmayan Kafel Keramika Yapışdırıcısı
Məhsul haqqında:
Sement əsaslı, toz yaratmayan, sürüşmə qabiliyyəti zəiflədilmiş, açıq vəziyyətdə saxlama müddəti uzadılmış, keramika və kafellərin divarda və yerdə yapışdırılmasında istifadə edilən, asanlıqla hazırlanan və tətbiq olunan, yüksək davamlılığa və yapışma gücünə malik uzun, illər gücünü itirməyən, xüsusi sement materilları və xüsusi kimyəvi qatqılardan ibarət hazır qarışıqdır
Bu məhsul TS EN 12004-C1TE sinifinə aiddir
Burada
C sement əsaslı
1 Normal bərkiyən
T Sürüşmə qabiliyyəti zəiflədilmiş
E İstifadə müddəti uzadılmış
İstifadə sahələri
Daxili və xarici məkanlarda şaquli və üfüqi tətbiqlərdə
Hamam, mətbəx və dəhliz kimi yerlərdə
Kiçik və orta ölçülü keramikaların yapışdırılmasında
Üstünlükləri
Qarışdırılan zaman toz eləmir
Təmiz işləməyi asanlaşdırır
Yüksək yapışma gücünə malikdir
Asanlıqla hazırlanıb tətbiq oluna bilər
İstifadə müddəti uzundur
Sürüşməyə qarşı müqavimət qabiliyyəti gücləndirildiyinə görə kiçik və orta ölçülü keramikaları divarda yığılma əmələ gətirməyə qoymur
Asan daraqlanır. Zəhmət vermir
Səth hazırlığı
Tətbiq ediləcək səth yapışmağa mane olacaq toz, boya, çirk, yuyucu vasitələrdən və b. maddələrdən təmizlənməlidir
Tətbiqdən öncə səthdəki qüsurlar aradan qaldırılmalıdır
Hopma dərəcəsi yüksək olan səthlər AZPOL POLSTAR parlaq səth astarı ilə astarlanmalıdır
İstifadəyə başlamadan öncə tətbiq olunacağı divar və yapışdırılacaq plitələr su ilə nəmləndirilməlidir
İstifadəsi
Orta hesabla 6-7 litrə qədər suya 25kg –lıq keramika yapışdırıcısını əlavə edin və aşağı dövrlü qarışdırıcı ilə topalar qalmamaq şərti ilə qarışdırın. Hazırlanan material təxminən 5dəqiqə çökdürülür tətbiqdən əvvəl yenə də 1-2 dəq qarışdırılır.
Əvvəla, məhlulu düz və geniş ağızlı suvaq malası ilə səthə basaraq astarlamanız lazımdır (Çox incə bir qalınlıqda məhluldan film təbəqəsi əldə edilməlidir).Yapışdırıcı tətbiq olunacağı səthə basılaraq yayılmalı və ardınca qalınlığı yapışdırılacaq plitənin ölçüsünə görə seçilmiş dişli polad küpəkciklə daraqlanmalıdır. Daraqlanan məhlul üzərində yapışdırma işi ən gec 30 dəq ərzində tamamlanmalıdır. Plitələr üzərindəki düzəltmə işi 15-20 dəqiqə ərzində aparılmalıdır.
Diqqət!!!
Yapışdırmadan əvvəl divardakı ilk bərkimiş məhlul qazınıb atılmalıdır. Bir dəfə üçün ancaq 30 dəq ərzində plitə vura biləcəyiniz qədər yeri məhsulla daraqlayın
Qabda 4 saatdan artıq yaş saxladığınız məhsulla tətbiq etməyin
Divar tətbiq etmələrində məhsulun həm tətbiq olunacaq səthə, həm də qranit keramikaların arxa hissəsinə tətbiq edilməsi tövsiyə olunur
Dərz tətbiq etməsinə keçmədən əvvəl ən az 24 saat gözləyin
Tətbiq etmədən ən çox 30 dəq sonra səthi nəmli süngər vasitəsilə silib təmizləyin
Prefabrik, yerdən isidilən zəminlər, üzmə hovuzları və metal səthlərdə tətbiq etməyin
Tətbiq edərkən əlcəkdən istfadə edin
Tətbiq etdikdən sonra istifadə etdiyiniz bütün alətləri qurumadan yuyun
Texniki göstəricilər
|
Göstərici
|
Standart
|
Nəticə
|
|
Sürüşmə
|
EN 1308
|
≤0.5mm
|
|
Qopma müqaviməti
|
EN 1348
|
>0.5 N/mm²
|
|
Donma-İstilik- Su dövriyyəsindən sonra qopma müqaviməti
|
EN1348
|
:F46de (46 dövr):>0.5 N/mm2
|
|
Suya batırıldıqdan sonra qopma müqaviməti
|
EN1348
|
:>0,5 N/mm2
|
|
İsti ilə qarşılıqlı təsirdən sonra qopma müqaviməti
|
EN1348
|
:>0.5 N/mm2
|
Sərfiyyat
|
Daraq-diş ölçüsü
|
Məsrəf
|
|
6x6x6 mm
|
Birtərəfli yapışdırma 3.5 — 4.5 kq/m2
|
|
6x6x6 mm
|
İkitərəfli yapışdırma 4 – 5 kq/m2
|
|
8x8x8 mm
|
Birtərəfli yapışdırma 4.5 — 5.5 kq/m2
|
|
8x8x8 mm
|
İkitərəfli yapışdırma 5.5 – 6.5 kq/m2
|
|
10x10x10 mm
|
Birtərəfli yapışdırma 5 — 6 kq/ m2
|
|
10x10x10 mm
|
İkitərəfli yapışdırma 7 – 8 kq/ m2
|
Qablaşdırma
25kg kraft kisə