|
HİDROPLAST - İKİ KOMPONENTLİ SU İZOLYASİYA SUVAĞI
Məhsul haqqında:
Akrilik polimer dispersiyası və sement əsaslı, iki komponentli, pis hava şəraitinə davamlı,su keçirməyən xarici cəbhə su izolyasiya suvağıdır.
İstifadə sahələri
Bütün binaların fasad divarlarında
Beton və hamar beton səthlərdə
Xüsusilə dəniz kənarlarında nəmin yüksək olduğu yerlərdə
Kərpiç,daş (kubik) və bu kimi hörgü materiallarının üzərində
Polterm 300 Qalın suvaq üzərində istifadə olunur
Üstünlükləri
Asan və sürətli tətbiq olunur
Material modifikasiyalı bir məhsuldur. Eyni zamanda həm suvaq, həm də su izolyasiya materialı olduğu üçün fərqli ehtiyaclara cavab verə bilən kompleks bir məhsuldur.
Buxar keçirmə qabiliyyəti yüksəkdir, nəfəs alır
Evin içinə su və rütubət keçməsinə icazə vermir
Tərkibindəki liflər çatlamanın qarşısını almağa kömək edir
Öz qabı və kisəsi ölçü miqdarıdır
Artıq əlavə etməyə ehtiyac yoxdur.
Texniki Göstəriciləri
Görünüş=A=Boz rəngdə toz 50kg kisə, B=Ağ maye 10 lt kanistra
+5̊C ilə +35̊C arasındakı hava temperaturunda tətbiq edin
İstifadə müddəti= 2saat
Təzyiqə qarşı müqaviməti= ≥15N/mm²
Sınma müqaviməti= ≥5N/mm²
Elastiklik Modulu= ≥10000N/mm²
Səth hazırlığı
Tətbiq olunduğu səth qəlib yağlarından təmizlənmiş, sağlam və təmiz olmalıdır
Tətbiq olunmadan əvvəl səth quru olmalıdır
İstifadəsi
50kg-lıq material kisəsi təmiz bir yerə boşaldılmalı və ortasında bir çuxur açılıb içinə B komponenti tökülməlidir. Qarışıq 15-20 dəq. bu vəziyyətdə qalmalıdır (dincəlməlidir). Sonra yavaş-yavaş qarışdırılaraq homogen vəziyyətə gətirilməlidir. Hazırlanmış qarışıq düz uclu mala vasitəsilə divara çəkilməlidir ardınca divar astarlanmalıdır.
Diqqət!!!
Hazırlanmış qarışıq 1 saat ərzində istifadə olunmalıdır
Vurulacaq suvağın qalınlığı hər qatda 1sm-dən artıq olmamalıdır
İstifadə müddəti keçmiş qarışıq, su və ya quru qarışıq ilə qarışdırılıb təkrar istifadə edilməməlidir
Birbaşa günəş şüaları altında tətbiq edilməməlidir
Tətbiqdən əvvəl və sonra səthə su səpilməlidir
Sərfiyyat
Bir qat istifadə üçün 17kg/m² (1sm qalınlıq). İki qat istifadə üçün 35kg/m² (2sm qalınlıq).
Qablaşdırma
A=Boz rəngdə toz 50kg kisə B=Ağ maye 10 lt kanistr
|